“Politico” avropalı diplomata istinadən xəbər verir ki, Malta Rusiyanın enerji resurslarının alışı üzrə tavanın məhdudlaşdırılmasına qarşı çıxıb. Onun sözlərinə görə, Malta iyulun 13-də Aİ Şurasının Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasında öz etirazını bildirib.
Aİ-nin təşəbbüsü nəzərdə tutur ki, Rusiyanın enerji ixracı üçün maksimum qiymət üç ay ərzində orta dəyər əsasında hesablanmış bazar qiymətinin 15%-i səviyyəsində müəyyən ediləcək.
“Bloomberg” keçən həftə bildirmişdi ki, Aİ hazırda 60 dollara olan Rusiya neftinin dəyərini aşağı salmağı düşünür. Onun məlumatlarına görə, qiymət tavanı bir barel üçün təxminən 50 dollara endirilə bilər.
Malta ilə yanaşı, Yunanıstan və Kipr də buna yeni sanksiyalar paketinə qarşı çıxıb. Aİ planında güzəştlərə nail olmaq istəyən Slovakiya da 18-ci sanksiyalar paketinin qəbulunun əleyhinədir. Qeyd edəki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi bu gün, iyulun 14-də razılaşdırıla bilər.