8 C
Baku
Saturday, December 3, 2022

Malta Rusiya və Belarusdan olan investorlara “qızıl pasport”ların verilməsini dayandırır

Malta Rusiya və Belarusdan olan investorlara “qızıl pasport”ların verilməsini dayandırıb. Çərşənbə günü verdiyi açıqlamada Malta hökuməti bildirib ki, “son hadisələr” – Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən lazımi yoxlamalar effektiv şəkildə həyata keçirilə bilməz.

“Buna görə də, Malta Rusiya Federasiyası və Belarus vətəndaşlarının yuxarıda qeyd olunan statuslar üçün müraciətlərinə baxılmasını qeyri-müəyyən müddətə dayandırıb”, – mesajda bildirilir.

Qeyd edək ki, Avropa İttifaqına daxil olmayan vətəndaşlara vətəndaşlığın verilməsi bu cür investorlara Aİ vətəndaşı olmağa imkan verir.

Son xəbərlər
Digər xəbərlər
X