Malta Rusiya və Belarusdan olan investorlara “qızıl pasport”ların verilməsini dayandırıb. Çərşənbə günü verdiyi açıqlamada Malta hökuməti bildirib ki, “son hadisələr” – Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən lazımi yoxlamalar effektiv şəkildə həyata keçirilə bilməz.
“Buna görə də, Malta Rusiya Federasiyası və Belarus vətəndaşlarının yuxarıda qeyd olunan statuslar üçün müraciətlərinə baxılmasını qeyri-müəyyən müddətə dayandırıb”, – mesajda bildirilir.
Qeyd edək ki, Avropa İttifaqına daxil olmayan vətəndaşlara vətəndaşlığın verilməsi bu cür investorlara Aİ vətəndaşı olmağa imkan verir.