13 C
Baku
Saturday, November 23, 2024

Maltada Azərbaycanın payı olduğu LNG konsorsiumu yenə zərər edib

Azərbaycanın Maltada LNG (mayeləşdirilmiş təbii qaz) istehsal edən zavodu 2021-ci ildə zərər edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “ElectroGas Malta” konsersiumu 2021-ci ili 400 milyon manat ekvialentində gəlir əldə etməklə, 2020-ci ili 9 faiz üstələmiş olub.

“ElectroGas Malta” Maltanın dövlət şirkəti “EneMalta” tərəfindən təsis edilib.

Konsersium bərabər bölgü ilə “Siemens Project Ventures GmbH”, “SOCAR Trading SA və “GEM holding Limited”ə məxsusdur. Onların hər birinin bu şirkətdə 33.33% payı vardır.

Hesabatda qeyd edilir ki, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də 37 milyon manat həcmində xalis zərər edib.

Gəlin illər üzrə onun gəlir/mənfəətini analiz edək:

Tarix Gəlir, AZN Mənfəət (zərər), AZN
2016 1 mln. (2 mln.)
2017 251 mln. (83 mln.)
2018 380 mln. (32 mln.)
2019 352 mln. (49 mln.)
2020 368 mln. (49 mln.)
2021 400 mln. (37 mln.)
CƏMİ 1 752 mln. (252 mln.)

 

Göründüyü kimi maliyyə ili start verdiyi 2016-cı ildən bu tərəfə 1 mlrd. 752 mln. manatlıq gəlir, 252 mln. manatlıq isə zərər edib.

LNG istehsalçısının 1 mlrd. 067 mln. manat cəmi aktivi və 1 mlrd. 305 milyon manat öhdəliyi var. Aktivlər öhdəliklərdən 238 mln. manat azdır.

Son xəbərlər
Digər xəbərlər