15 C
Baku
Friday, April 26, 2024

Maltada blokchain-universitet açılacaq

Bu fikir Oksforddan bir araşdırmaçıya aiddir

Oxforddan olan bir araşdırmaçı Joshua Broggi,Maltada  blokchain-texnologiyalarına əsaslanan universitet açmaq istəyir.

Woolf Universiteti adlanacaq  təhsil müəssisəsində, blokchain texnologiyası istifadə ediləcək. Bu, tələbə tərəfindən alınan təhsilin səviyyəsini artıracaq və inzibati prosedurları avtomatlaşdıraraq əməliyyat xərclərini azaldacaq.

“Biz tələbələrin daha səmərəli hazırlanması, tənzimləyicilərin tələblərinə uyğunlaşdırılması və bir çox proseslərin avtomatlaşdırılması üçün blokchaindən  istifadə edirik”

Joshua Broggie
Woolf Universiteti yaradıcısı

Təhsil müəssisəsinin quruluşu dünyanın istənilən yerindən təhsil almağa imkan verəcəkdir. Tapşırıqları yerinə yetirilməsi,müəllimlərin ödənişlərinin smart-müqavilələrlə izləniləcəkdir. Woolf Universiteti həm onlayn dərslər, həm də yerində təlim keçəcəkdir.

Yeni universitet Oxford, Cambridge, George Mason Universiteti, London Kral Kolleci, Leipziq və Kyoto Universitetlərinin professorlarının diqqətini artıq cəlb edib.

Başlanğıcda, universitetin açılması ​​ üçün lazım olan pul ICO-da yığmaq planlaşdırılırdı, lakin Broggie özəl investorları tapdı. Tədqiqatçıın məqsədi belə tip müəssisədən beşdən çox açmaqdır və çox böyük ehtimal yalniz Maltada yox.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər