23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Mamedoff”un istehsalçısı cərimələnir

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda araq, viski və bir sıra içkilərin istehsalçısı “A+CO” MMC barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 27 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə start verib.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, “Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

Hazırda Zavod həm alkoqollu həm də alkoqolsuz içkilərin istehsalı və satışı həyata keçirir. Daxili bazarda ən çox “Mamedoff “, “Yakor” araqları, “Opera” Konyakı, “Full” və “Atom” Enerji içkiləri ilə tanınır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər