8 C
Baku
Friday, December 13, 2024

Manat devalvasiyası larini qiymətdən salıb

Gürcüstan Milli Bankı (GMB) dekabrın 24-də baş tutan valyuta hərracında 20 milyon dollar satıb.

Banker.az report-a istinadən xəbər verir ki, GMB prezidenti Georgi Kadaqidzenin sözlərinə görə, rəhbəri olduğu qurum 2015-ci il sentyabrın sonlarından, yəni larinin məzənnəsi 1 ABŞ dollarına qarşı 2,4499 GEL olduğu vaxtdan, onun məzənnəsinin stabilləşdirilməsi üçün daha aqressiv siyasət aparmağa başlayıb.

Milli Bank 4 valyuta hərracı nəticəsində artıq təqribən 87 mln. dollar satıb. Son bir həftə ərzində lari 0,5% dəyərdən düşüb ki, bunu da Azərbaycanda milli valyutanın devalvasiyası ilə əlaqələndirirlər.

Bugünkü valyuta hərracında larinin ABŞ dollarına nisbətdə orta hesablanmış məzənnəsi 2,4012 GEL/1 dollar təşkil edib.

Gürcüstan Milli Bankı dekabrın 25-i üçün larinin ABŞ dollarına nisbətdə rəsmi mübadilə məzənnəsini 2,4023 GEL/1 dollar həcmində müəyyən edib.

Son xəbərlər
Digər xəbərlər