19 C
Baku
Sunday, September 29, 2024

Manat FES-in faiz artımı qərarına qədər möhkəmlənəcək – PROQNOZ

Azərbaycan manatının dollarla müqayisədə məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artımı qərarına qədər möhkəmlənəcəyi proqnozlaşdırılır.
Martın 16-da keçirilən iclasda FES uçot dərəcələrini aprel və ya iyunda artıracağı siqnalını verib. Açıqlamalardan sonra qlobal maliyyə bazarlarında müsbət əhval-ruhiyyə yaranıb, dolların məzənnəsi isə demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə zəifləyib.
Agentliyin analitik qrupu qlobal maliyyə bazarlarında müsbət tendensiyanın FES-in faiz artımı qərarına qədər davam edəcəyini hesab edir. AZN/USD məzənnəsinin də FES-in aprel və ya iyun iclasına qədər neft qiymətlərinin artması fonunda möhkəmlənməsi gözlənilir. Qeyd edək ki, Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi martın 11-də maksimal həddə – 1,6456 çatdıqdan sonra manat möhkəmlənməyə başlayıb və bu gün, martın 19-na məzənnə 1,5971 AZN/USD təşkil edib. Bununla da AZN/USD məzənnəsində son 6 iş günündə 2,95% möhkəmlənmə qeydə alınıb.

Agentlik hesab edir ki, manatın dollarla müqayisədə məzənnəsinin 1,45-1,50 diapazonuna qədər gerilədikdən sonra bu səviyyələrdə qalması və FES-in uçot dərəcələrini artırmasından sonra qlobal maliyyə bazarlarında dəyişiklikləri müşahidə edərək hərəkət etməsi proqnozlaşdırılır. FES-in monetar siyasəti dəyişdirdikdən sonra qlobal maliyyə bazarları dolların möhkəmlənməsi fonunda yenidən mənfi tendensiyaya geri dönə bilər. Belə olduğu halda manatın da yenidən ilin sonuna doğru zəifləyəcəyi və AZN/USD məzənnəsinin 1,70-1,75 səviyyəsinə yüksələcəyi istisna edilmir.

Report

Son xəbərlər
Digər xəbərlər