12 C
Baku
Saturday, November 23, 2024

Manat istiqrazlarının faizləri azalması “Bank Melli İran”ı ‘həvəsdən’ salmayıb

“Bank Melli İran”nın Bakı filialı 2019-cu ildə Azərbaycan Maliyyə Nazirliyinin emissiya etdiyi əlavə 21 milyon 630,05 min manatlıq dövlət istiqrazını (DOİ) alıb. Halbu ki, istiqrazların ödəniş faizləri az qala iki dəfə azalıb.

Banker.az bu barədə bankın Bakı filialının audit hesabatına istinadən xəbər verir.

Ümumilikdə, portfel 22 milyon 815,54 min manat olub. Bank filialının qiymətli kağızlar üzrə investisiya portfelinin 100%-ini DOİ-lər təşkil edib. İstiqrazlatın nominal faiz dərəcəsi 6%-dən 8,46%-ə qədər dəyişib.

2019-cu il ərzində Bank filialı 1 milyon 745,34 min manat bu istiqrazlardan pul qazanıb, lakin, bu 2018-ci ildə 2 milyon 129,08 min manat idi

“Bank Melli İran” dövlət istiqrazları üzrə portfel ötən ilin əvvəli 20 milyon 610,33 min manat təşkil edirdi.

2018-ci ildə Bank filialının əldə etdiyi istiqrazların minimum faiz ödənişi 7,25%, maksimalı isə 15%-ə qədər yüksəlmişdi.

Son xəbərlər
Digər xəbərlər