22 C
Baku
Thursday, April 25, 2024

Manat məzənnəsi üçün önəmli göstərici açıqlandı – Durum müsbətdir

Bu il ilin yanvar-fevral aylarında ölkənin ÜDM-i əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə ÜDM istehsalının 48,3%-i sənayedə, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15,9%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6%-ni təşkil edib.

Ötən ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər