16 C
Baku
Saturday, November 2, 2024

Manat ucuzlaşmasından sonra mobil telefon mağazalarında vəziyyət

Manat ucuzlaşmasından sonra mobil telefon mağazalarında vəziyyət

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsini müəyyən edib.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Bu qərar telekommunikasiya sektorundan da yan keçməyib. Belə ki, ölkənin əsas mobil telefon istehlakçıları olan mağazalar artıq nəzərə çarpacaq dərəcədə qiymətləri bahalaşdırıblar. Məsələn, 2 gün öncə ölkə ərazisində maksimal 550-580 AZN-ə satışa təqdim olunan 16 GB-lıq iPhone 6 modeli bu gün «NLT» Telecom mağazasının rəsmi veb səhifəsində 850 AZN-ə satılır.

704b53“İrşad Telecom«da isə bu rəqəm 863 AZN təşkil edir.

6330e0

Ölkədə mobil telefon satışı ilə məşğul olan „World Telecom“ və „İntegral Plus“ mağazaları isə bu gün eyni zamanda saytlarında texniki təmir getdiyi ilə bağlı elan yerləşdiriblər:

0ed25f

2df50d

 

technimum.com

Son xəbərlər
Digər xəbərlər