9 C
Baku
Friday, December 13, 2024

Manat və dollar istiqarazları satışa çıxarıldı

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilmişdir
Banker.azın verdiyi məlumata görə, 2016-cı il 05 fevral tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilmişdir.
Ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınmışdır.
Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər