2 C
Baku
Saturday, December 14, 2024

Manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi azalıb

Azərbaycan Mərkəzi Bankı  2019-ci ilin iyun ayının 1-ə olan depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

2019-ci ilin iyun  ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,33%, xarici valyuta ilə 7,30% təşkil edib. İyun ayı ilə may ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,01 faiz bəndi azalıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi  0,1 faiz bəndi azalıb.

İyun ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,13% xarici valyutada 13,15% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9,19%, xarici valyutada 5,75% təşkil edib.  Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda 0,01 faiz bəndi artıb. Buna səbəb kimi istehlak kreditlərinin sayının artmasıdır.Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda 0,12 faiz bəndi azalıb, xarici valyutada isə 0,03 faiz bəndi azalıb.

Mərkəzi Bankın statistikasına əsasən,  iyun ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,73% , xarici valyuta ilə 2,17% təşkil edib. Ötən ay ilə müqayisədə iyun ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,23 faiz bəndi artıb, xarici valyutada isə  depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,08 faiz bəndi azalıb.

İyun ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,82%, xarici valyutada isə 1,41%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,24%, xarici valyutada isə 2,62% olub.

 

Son xəbərlər
Digər xəbərlər