15 C
Baku
Saturday, April 20, 2024

Manat yığımına maraq azaldı: ayın ən azməbləğli hərracı

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.

Açıqlamaya görə, 31.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 369,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir. Bu da hərracda cəlb olunması nəzərdə tutulan 100 milyondan tələbin 3,7 dəfə üstələməsi deməkdir.

Ay ərzində bu hərracdan əlavə 4 hərrac keçirilmiş və bu hərracların hamısında yüksək göstəricilər nəzərə çarpmışdı. Belə ki, iyul ayının ilk hərracı nəzərə almasaq 2-ci depozit hərracında 761,3 mln, 3-cüdə 600,6 mln.  və 4-cüdə 676 mln manata kimi manat Azərbaycan Mərkəzi Bankı tərəfindən banklardan yığılmışdı.

Ümumiyyətlə, cəm olaraq bu 5 hərracda 2 milyard 169 min manat dövriyyədən çıxmışdır.

Son xəbərlər
Digər xəbərlər