10 C
Baku
Friday, December 13, 2024

“Manata təzyiq davam edəcək” – Beynəlxalq maliyyə təşkilatından hesabat

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb.

Bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.

EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.

“Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub.

Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq, hesabat dövründə manata təzyiqlər davam edib.  İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub”, – deyə, sənəddə qeyd edilir./apa

Son xəbərlər
Digər xəbərlər