3 C
Baku
Saturday, December 14, 2024

Manatda kreditlər üzrə orta faiz dərəcələri azalıb, xarici valyutada isə artıb

Azərbaycan Mərkəzi Bankı  2020-ci ilin aprel ayının 1-ə olan depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az AMB-yə istinad edərək xəbər verir ki, 2020-ci ilin aprel ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 13,79%, xarici valyuta ilə 5,97% təşkil edib. Cari ilin aprel ayını ötən ay ilə müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,11 faiz bəndi azalıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi  0,15 faiz bəndi artıb.

2020-ci ilin aprelində fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,47% , xarici valyutada 9,05% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 8,82%, xarici valyutada 5,32% təşkil edib.  Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda mart ayı ilə müqayisədə manatda 0,08 faiz bəndi azalıb, xarici valyutada isə 1,15 faiz bəndi artıb. Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda və xarici valyutada 0,02 faiz bəndi artıb.

Mərkəzi Bankın statistikasına əsasən,  aprel ayının 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,95% , xarici valyuta ilə 1,75% təşkil edib. Ötən ay ilə müqayisədə  manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,09 faiz bəndi azalıb, xarici valyutada isə  depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,11 faiz bəndi artıb.

Hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,78%, xarici valyutada isə 1,13%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 9,28%, xarici valyutada isə 2,20% olub.

Son xəbərlər
Digər xəbərlər