AMB: manatda olan yeni verilmiş kreditlər bahalaşıb, depozitlər ucuzlaşıb

Azərbaycanda yeni verilmiş kreditlərin faiz dərəcələri artıb.

Banker.az Mərkəzi Bankda istinadən xəbər verir ki, manatla verilmiş kreditlər son bir ayda 1.35 faiz bəndi artımla 17%-ə, dollar və digər xarici valyutalarda isə 0.54 faiz bəndi artımla 3.97%-ə qədər yüksəlib. Manatda yeni verilmiş kreditlərin faiz dərəcəsi son 4 ayın maksimumuna yüksəlib. Sonuncu dəfə oktyabrda 17.17% idi.

Kreditlərin faizlərində əsas yüksəlmə səbəbi cari ilin ilk ayında istehlak kreditlərinin yüksəlməsidir. Bildiyimiz kimi, istehlak kreditləri biznes kreditləri ilə müqayisədə yuxarı olur.

Yeni cəlb olunan manatda olan əmanətlərdə illik ödəniş faizi manatda 1.46 faiz bəndi azalaraq 6.78%-ə, xarici valyutada (böyük həcmdə ABŞ dollarındadır) 0.40 faiz bəndi artaraq 1.55% olmuşdur.

Xatırladaq ki, Azərbaycanda AMB tərəfindən 18 dekabrdan müəyyən olunan faiz parametrlərində uçot faiz dərəcəsi 6.25%-dir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.