15 C
Baku
Saturday, April 20, 2024

Manatda yeni verilmiş kreditlərin faizləri yüksəlib

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizininin parametrlərinə toxunmaşıdan öncə yerli banklar kredit faizlərini yüksəldiblər.

Banker.az xəbər verir ki, 2021-ci ilin avqustunda banklar tərəfindən manatda verilən kreditlərin faiz dərəcəsini 17.58%-dən 17.84%-ə yüksəldiblər. Bu, Mərkəzi Bankın statistik göstəricilərində deyilir. İlin əvvəlində isə manatda verilmiş yeni kreditlərin faiz dərəcəsi 15.65% təşkil etmişdi.

AMB 2020-ci ilin dekabrından bu tərəfə faiz dərəcəsini toxunulmaz saxlmasına rəğmən, banklar yeni verdikləri kreditləri yüksəldirlər. Mərkəzi Bank 2020-ci ilin dekabrında uçot faiz dərəcəsini 6.5-%-dən 6.25%-ə qədər  endirsə də, 6 iclas sonra, sentyabr ayının 17-də yenidən 6.5%-ə qaytardı.

Banker.az olaraq bildirək ki, kredit faizlərindəki artımı əsas tətikləyən amil istehlak kreditləri ilə əlaqəlidir. Xarici valyutada verilən kreditlər üzrə faiz dərəcəsi isə əks istiqamətdə irəliləyib – iyulda 5.72%-dın 4.55%-ə qədər enib. Ölkədə 2021-ci ilin ilk 8 ayı ərzində istehlak kreditlərinin həcmi 430.3 mln. manat artımla 4 milyard 132.9 milyon manata çatıb. Eyni dövr üzrə biznes kreditlərindəki artım isə 331.7 milyon manatdır, hesabat müddətinin sonuna 8 milyard 810 milyon manata çatıb. Bununla belə, istehlak kreditləri üzrə kredit faizləri biznes kreditlərini iki dəfəyə yaxın üstələyib. Bu amildə yeni verilmiş kreditlərin faizlərinin artımında əsas rol oynamaqdadır.

Eyni artım cəlb edilmiş depozitlərdə də müşahidə edilməkdədir. Məsələn, iyul ayında manatda cəlb edilmiş depozitlərin faizləri 8.04% olduğu halda avqustda 8.63-ə qədər yüksəlib.

Son xəbərlər
Digər xəbərlər