Manatı gələn il nə gözləyir? – Rəsmi inflyasiya proqnozu açıqlandı

0

Növbəti illər üçün ölkədə inflyasiya faizinin gözlənilən proqnozu açıqlanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faziə qədər artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı proqnozlaşdırılır”.

Rəsmi məlumata görə, inflyasiya səviyyəsi 2020-ci ildə 4,6 faiz, 2021-ci ildə 4,5 faiz, 2022-ci ildə 4,1 faiz, 2023-cü ildə 3, faiz proqnozlaşdırılır.

Həmçinin qeyd edilib ki, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır.