“Mən yoldaşlar ilə, əhali ilə söhbət edən zaman soruşuram ki, “Manatın qiyməti nədir, dəyəri nədir?” Çoxunun ilk ağlına gələn 1.7-dir. Halbuki ki, 1.7 qiyməti Manatın xarici valyutalardan birinə nisbətidir, bu Manatın dəyəri ola bilməz. Manatın dəyəri bizim uçot dərəcəmizdir”.
Bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Kazımov, “Uçot dərəcəsini dəyişdirməklə biz tələbə təsir göstərirk” deyərək çıxışına belə davam edib:
“Uçot faiz dərəcəsi kəskin qalxan zaman insanlar daha çox öz gəlirlərini yığıma yönəldirlər, çünki daha yüksək faiz gəliri əldə edirlər və bununla da istehlak azalır. Bunun inflyasiyaya azaldıcı təsiri var. Uçot dərəcəsi düşən zaman isə manat kütləsi artır və insanlar daha çox istehlaka başlayırlar. Bunun da inflyasiyaya artırıcı təsiri var”.
Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsi 9.0%-dir.