9 C
Baku
Monday, November 18, 2024

Manatın dəyərini ölçən indeksi Bakı Fond Birjasında bu gündən işə düşdü

26 may 2023-cü il tarixində Bakı Fond Birjasının idarə heyətinin qərarı ilə “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

Qaydalara əsasən AINA (Azn INdex Average) indeksinin 2 növü hesablanır: Banklararası əqdlər əsasında hesablanmış – AINAIB indeksi və bütün əqdlər əsasında hesablanan AINAAO.

Müddəti 1-3 gün arası olan indekslər 1D AINAIB və ya 1D AINAAO, müddəti 6-8 gün olan indekslər 1W AINAIB və ya 1W AINAAO, müddəti 13-15 gün olan indekslər 2W AINAIB və ya 2W AINAAO, müddəti 29-32 gün olan indekslər 1M AINAIB və ya 1M AINAAO adlanır.

İngilis dilində:

    • “1 Day Azn INdex Average”
    • “1 Week Azn INdex Average”
    • “2 Week Azn INdex Average”

Qeyd edək ki, Bu bazar iştirakçıları arasında manat faiz dərəcələrində istinad rolunu oynaması üçün Birjanın ticarət platformasında bağlanılmış repo əqdləri üzrə Birja tərəfindən indekslərin hesablanması qaydasını müəyyən edəcək.

Qayadalarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf

Son xəbərlər
Digər xəbərlər