2016-cı ildə Azərbaycan sənayesində çalışan muzdlu işçilərin orta siyahı sayı 192,7 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onların 34 min nəfəri mədənçıxarma, 101,9 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
2016-cı ildə sənayedə işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 900,3 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 30%, emal sənayesində 6,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% azalıb. Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.