13 C
Baku
Sunday, November 24, 2024

“Manatın devalvasiyası hələ tamamlanmayıb”

Mixail Zadornov: “Manatın devalvasiyası hələ tamamlanmayıb”

Son zaman ərzində milli valyutanın devalvasiyasının səbəb olduğu böhrandan ən çox zərər görən Azərbaycan və Ukrayna bank sistemləri oldu. Bu haqda məlumatı “ВТБ 24” bankının prezidenti Mixail Zadornov The Financial Times nəşrinə verdiyi müsahibəsi zamanı verib. O MDB ölkələrinin maliyyə bazarlarındakı vəziyyəti şərh edib.

Qeyd edək ki, “ВТБ 24” Rusiyanın nəhəng kommersiya banklarından biridir. “ВТБ” bankın törəmə şirkəti olmaqla, pərakəndə əməliyyatlar və kiçik və orta biznesin kreditləşməsi üzrə ixtisaslaşıb.

Buna da bax: Region devalvasiyadan 11 mlrd. dollar zərər çəkib

Onun sözlərinə görə, Gürcüstanın maliyyə sahəsi “sağlam” olaraq qala bilib, lakin bununla belə, əvvəlki kimi real iqtisadi artıma ehtiyac duyur. “ВТБ” qrupu hesab edir ki, onların bankı bu prosesdə açar mövqeli iştirakçılardan biri qismində iştirak etmək imkanına sahibdir.

Mixail Zadornov vurğulayıb ki, ВТБ Gürcüstan böhrana baxmayaraq gəlirli olmağa davam edir. Bankirin sözlərinə görə, MDB ölkələrinin bank sistemləri üçün böyük təhlükə milli valyutalarının devalvasiyasıdır.

Manatın devalvasiyasından danışan rusiyalı bankirin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı ən az dayanıqlılardan idi və neft hasilatına aid sahələrdən birinə bağlıdır. Bununla belə, Zadornov qeyd edib ki, manatın devalvasiya prosesi hələ tamamlanmayıb.

 “ВТБ 24” rəhbəri təəssüflə vurğulayıb ki, Azərbaycan yeganə ölkədir ki, onun bankı gəlirdə real artım qeydə almayıb. Zadornov belə hesab edir ki, Azərbaycanın bank sisteminin nümayəndələri bank portfellərinin sağlamlaşdırılması üçün ölkənin maliyyə rəhbərliyi ilə danışıqları davam etdirməlidir.

Son xəbərlər
Digər xəbərlər