10 C
Baku
Thursday, February 26, 2026

Manatın dövretmə sürəti son 12 ilin minimumuna düşüb

Azərbaycan manatının dövretmə sürəti son 12 ilin minimum səviyyəsi olan 3 bənddən aşağı düşüb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla da dekabrdakı 3.2 bənddən cari ilin yanvarındakı 2.84 bəndə düşüb. Sonuncu dəfə 2014-cü ildə 3 bəndin altına düşmüşdü.

Azərbaycan manatının dövretmə sürəti barədə danışarkən, iqtisadiyyatda bunu pulun dövriyyə sürəti kimi başa düşülür. Bu, pulun iqtisadiyyatda nə qədər tez-tez istifadə edildiyini göstərir. Sadə dildə desək iqtisadiyyatdakı 1 manat ildə neçə dəfə mal və xidmət almaq üçün dövr etdiyini göstərir.

DSK-nın məlumatına görə, cari ilin yanvar ayında illik müqayisədə 1.7% artımla 9 milyard 78,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.

Azərbaycanın geniş pul kütləsi (M2) yanvarda 38.309 mlrd. manata düşərək təxminən 5% azalıb.

M2, M1-in üzərinə əlavə olaraq təcili yatırımları da əhatə edir. M1 isə dövriyyədə olan nağd pul və tələb üzrə depozitləri, həmçinin çeklər, debet kartları və təşkilatların hesablarındakı milli valyuta qalıqlarını göstərir.

Eyni zamanda, xalis xarici aktivlər 26.648 mln. manata yüksələrək 3% artıb, lakin xalis daxili aktivlər eyni dövrdə 21.539 mln. manata düşərək 10% azalıb.

42342342342323o

Son xəbərlər
Digər xəbərlər