“Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik yoxdur”.
Bunu açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, məzənnə hazırda 1,70 manat kimi götürülür və bütün hesablamalar da bu məzənnə üzərində qurulub: “COVID-19 pandemiyası fonunda manatın dollara qarşı sərt bağlılığı daha yumşaq bağlılıqla əvəz olunması müzakirə mövzusu deyil”.