12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Manatın real effektiv məzənnəsinin indeksi düşüb

Azərbaycan manatının real effektiv məzənnəsi cari ilin avqustunda da düşüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2020-ci ilin avqust üçün olan göstəricidə qeyd edilib.

Milli valyutanın real effektiv məzənnəsi ümumi olaraq 101.6%, qeyri-neft sektorunda isə 98.1% təşkil edib. Real effektiv məzənnə öncəki ayda ümumi olaraq 102.2%, qeyri-neft sektorunda isə 97.9% təşkil edib.


Real valyuta məzənnəsi dedikdə hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi məzənnədir.

Real valyuta məzənnəsi=(nominal valyuta məzənnəsi*yerli qiymət)/xarici qiymət.

Məsələn, 1 ton Azərbaycan taxılı 100 manata, 1 ton Rusiya taxılı isə 13 400 rubla satılır. Nominal valyuta məzənnəsinin 1000 rubl üçün 15 manat (1 manat 67 rubl) olduğunu qəbul edək:

Real valyuta məzənnəsi=(1 manat 67 rus rublu*1 tonu 100 manat olan Azərbaycan taxılı)/1 tonu 13 400 rubl olan Rusiya taxılı. Hesablamaları yerinə yetirsək, real valyuta məzənnəsinin 1 ton Azərbaycan taxılı üçün 1/2 Rusiya taxılı qədər olduğunu görərik.

Son xəbərlər
Oxşar xəbərlər