Milli manatımız artıq 21 ildir ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında iştirak edir və lüğətimizdən silinib getmir. Hər birimizin həyatı onunla sıx bağlı və əlaqəlidir.
Bəs o necə yaranıb və nəyə görə məhz “manat”? “Manat” sözünün mənası rus “монета” sözündən yaranıb. Bu “монета” sözü isə özlüyündə latın “moneta” sözündən yaranıb. Latın dilindən tərcümədə isə bu “məsləhətçi” deməkdir.
Azərbaycan milli valyutası “manat” adlanan yeganə ölkə deyil. İkinci belə bir ölkə Türkmənistandır.
Azərbaycan ərazisində ilk banknotlar Azərbaycan rublu idi. Aşağıda gördüyünüz ilk buraxılan Azərbaycan rubllarıdır (1919-cu il). Bu dövrdə sikkələr buraxılmırdı və dövriyyədə yalnız kağız banknotlar var idi.
İkinci dəfə buraxılan Azərbaycan rublları (1919-cu il).
1923-cü ildə Zaqafqaziyada pul islahatı aparılır. Nəticədə də Zaqafqaziyada pul dövriyyəsi birləşdirildi və yeni Zaqafqaziya rublu yaradıldı.
1992-ci ildə Azərbaycan Respublikasının prezidentinin əmri ilə ölkənin Milli bankı yaradılır. Bu da manatın yaranmasının başlanğıcı olur. Elə bu zaman 1993-95-ci illərin banknotları peyda olur. Düzdür, o dövrdə istifadə olunan manat bu günkü günümüzdəkindən keyfiyyətcə aşağı səviyyədə idi. Çox istifadə olunmaqdan artıq bir neçə aya qaralır və əzilirdi.
1994-cü ilin 1 yanvarından etibarən manat yeganə ödəniş vasitəsinə çevrilir. Bu banknotların dizaynı Fransa Milli bankı tərəindən yaradılmış və orada çap edilmişdir.
2001-ci ildə 1000 manatın yeni dizaynı yaradılır. Dizayn İngiltərənin “De La Rue” şirkəti tərəfindən yaradılmışdı. Bu banknotun üzərində milli ornamentləri görmək mümkündür. Bu pullar 2006-cı ilə qədər dövriyyədə qalıb.
Aşağıda gördükləriniz isə müvəqqəti Azərbaycan manatlarıdır (1993-cü il). Onlar sertifikatlar qismində tamamlanmış və Moskvada çap edilmişdi.
2005-ci ildə yeni növ banknotlar buraxılır. Banknotlar 1, 5, 10, 20, 50 və 100 nominalında idi və 1 yanvar 2006-cı ildən etibarən dövriyyədədir. Nəticədə 5000 köhnə manat yeni 1 manatla əvəz edilir. AZM abbreviaturası isə AZN-ə dəyişdirilir. Müasir Azərbaycan valyutası 6 növ qəpik və 6 növ banknotdan ibarətdir.
2009-cu ildə Azərbaycanın Milli bankı öz adını banknotlar üzərində “Azərbaycan Mərkəzi Bankı” olaraq dəyişir.
2011-ci ildə Azərbaycan Maliyyə naziri ölkədə 2 və 3 manat dəyərində olan banknotların buraxılmasına hazır olduqlarını elan etmişdi.
Banknotların dizaynı və müasir seriyası avstriyalı dizayner-rəssam Robert Kalina tərəfindən hazırlanmışdır. O həmçinin avronun dizaynını da yaratmışdır.
Comments are closed.