Banker.az saytı olaraq bu dəfə sizə, bir çoxlarının belə məlumatı olmadığı Orxon-Yenisey əlifbası haqqında məlumat verəcəyik.
Orxon-Yenisey əlifbası — Orxon-Yenisey abidələri üzərindəki yazılarda istifadə olunmuş yazı formasıdır.
Bu yazıları ilk dəfə danimarkalı türkoloq V.Tomsen və alman əsilli rus türkoloq Radlof tərəfindən araşdırılıb. Onların ilk oxuya bildikləri söz isə “Tenqri” yəni Tanrı olmuşdur. Daha sonra bu yazılar Rusiya alimləri S.Malov, İ.Stebleva, Türkiyə alimləri N.H.Orku, R.R.Arat, M.Ergin, T.Tekin, Ə.B.Ercilasun və Azərbaycan alimləri F.Zeynalov, Ə.Rəcəbov, Y.Məmmədov tərəfindən tədqiq edilmişdir. Nəhayət araşdırmalar aparıldıqdan sonra, yazıların türklərə məxsus qədim yazılar olması sübut edilmişdir.
Gül-Təkin abidəsi İltəriş Xaqanın oğlu, Bilgə Xaqanın kiçik qardaşı Gül-Təkinin vəfatından sonra (685-ci il fevralın 27-si) onun şərəfinə qoyulmuşdur. Bir çox çağdaş tədqiqatçılar bu mətnləri şeir, nəzm örnəkləri hesab edir və onların üslub xüsusiyyətlərini ən çox “Kitabi Dədə Qorqud” mətninə yaxın olduğunu qeyd edirlər.
Hazırda bu əlifbadan milli valyutamız olan manatın üzərində də istifadə olunub. Belə ki, 5 manatlıq əskinasının arxa üzünə diqqət yetirsəniz, Orxon-Yenisey əlifbası və Gül Tigin kitabəsinin çap olunduğunu görə bilərsiniz.
Kitabədə isə yazılır: “Türk millətinin adı, sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı, sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”.