12 C
Baku
Wednesday, December 11, 2024

Manatın üzərində kimin şəkli olsun?

Dünən manatın yeni dizaynı ilə bağlı yaranan söz söhbət bugünkü mövzunu yazmağım üçün bir əsas oldu. Qeyd etmək istəyirəm ki, dünən öncə sosial şəbəkədə manatın yeni dizaynı ilə bağlı rəsmlər verilmişdi. Daha sonra isə Mərkəzi Bank rəsmi şəkildə xəbəri təkzib edən bəyanat yayımladı. Amma məsələ sosial şəbəkələrin gündəmindən yığışmadı. Hətta xarici xəbər saytları və portalları belə bu haqda yazmağı vacib bildilər. Xüsusi ilə də o vurğulanır ki, qrafik dizayn üzrə əksər ekspertlər detalların və xırdalıqların çoxluğunu nəzərə alaraq yayılmış rəsmlərin saxta olduğunu düşünmür.

Amma ictimaiyyətin daha çox marağına səbəb olan hadisə dizaynın dəyişikliyi deyil, Məhz hansı nominallı pul nişanları üzərində hansı dahinin rəsminin əks olunması idi. Əslində bu kimi narazılıqların yaranmaması üçün, həmçinin hər hansı bir nominallı pul vahidinin şəxsiyyətin adı ilə çağırılması və həmin şəxsiyyətə qarşı hörmətsizlik olmaması üçün ümumiyyətlə valyuta üzərində şəxsiyyət şəkillərinin əks olunmaması daha yaxşı olardı.

Necə ki, bu tendensiya hazırda əksər dünya ölkələrində geniş yayılır, valyuta üzərində siyasi xadimlərin deyil, ölkənin mədəniyyətini və ya görməli yerlərini əks etdirən şəkillər, həmçinin müxtəlif mifik obrazların rəsmləri yer alır. Lakin ən vacib qaydalardan biri hazırda həyatda olan şəxslərin rəsmlərinin valyuta üzərinə düşməməsidir.

Lakin bütün bunlara baxmayaraq müxtəlif ölkələrdə valyutalar üzərində ictimai və siyasi xadimlərin, ümumiyyətlə məşhur şəxsiyyətlərin rəsmləri əks olunur və bu normal praktika hesab olunur. Nəzəri cəhətdən pul nişanı heç olmasa bir dəfə də olsa hətta ən kasıb ölkənin ən kasıb sakininin əlinə düşə bilər. Hələ qədim dövrlərdə hakimiyyətdə olan şəxslər öz rəsmlərini sikkə və qəpik üzərində zərb etdirirdi ki, təbəələri onun mütləq hakim olduğunu qəbul etsin, həmçinin imperiyanın hətta ən ucqar nöqtələrində belə tanınsın və onu öz hakimiyyətinin altına salsın. Hazırda isə bunu PR da adlandırmaq olar.

Məhz bu səbəbdən digər “pul” portretləri ilə yanaşı müxtəlif çar, kral və prezidentlərin rəsmləri hələ də pul nişanlarını bəzəyir.

ABŞ-da indiki qaydaya uyğun dolların üzərində onun nominalına uyğun portretin təsvir edilməsinə dərhal başlamamışlar. Heç bir amerikalı prezident və siyasətçi hələ sağ ikən onun rəsminin dollar üzərində təsvir edilməsi hüququna malik deyildi.

ABŞ banknotları üzərində kimlərin rəsminin təsvir edilməsini bir daha xatırlayaq. ABŞ pulları üzərində təsvir olunan şəxsiyyətlər:

1 dollar — Corc Vaşinqton, ABŞ-ın ilk prezidenti;

2 dollar — Tomas Cefferson, ABŞ-ın 3-cü prezidenti;

5 dollar — Avraam Linkoln, ABŞ-ın 16-cı prezidenti;

10 dollar — Aleksandr Hamilton, iqtisadçı;

20 dollar — Endryu Cekson, ABŞ-ın 7-ci prezidenti;

50 dollar — Uliss Qrant, ABŞ-ın 18-ci prezidenti;

100 dollar — Benjamin Franklin, alim.

ABŞ-da hələ də 500, 1000, 5000, 10 000 dollarlıq banknotlarda dövriyyədədir.

500 dollarlıq banknotun üzərində seriyasından asılı olaraq ABŞ-ın 25-ci prezidenti Uilyam Makkinlinin, yaxud Ali Məhkəmənin sədri Con Marşalın, 1000 dolların üzərində ilk maliyyə naziri Aleksandr Hamilton, yaxud ABŞ-ın 22-ci və 24-cü prezidenti Qrover Klivlendin, 5000 dolların üzərində ABŞ-ın 4-cü prezidenti Ceyms Medisonun, 10 000 dolların üzərində maliyyəçi Saymon Çeyzin təsvirləri var.

Bu banknotlar 1945-ci ilə kimi buraxılırdı, 1969-cu ildən sonra isə rəsmi olaraq dövriyyədən çıxarıldı. Lakin buna baxmayaraq, hələ də bu pullarla ödəniş etmək mümkündür. Məsələn, bu gün dövriyyədə olan 10 000 dolların sayı təxminən 130 ədəddir və heç vaxt dövriyyəyə buraxılmayıb. Bu yalnızca Federal ehtiyat sistemi təşkilatlarında daxili hesabatları aparmaq üçün istifadə olunurdu.

Belə desək “müqəddəs dollar mavzoleyinə” düşə bilməyən, lakin millət tərəfindən yüksək qiymətləndirilən prezidentlər sikkələr üzərində özlərinə yer tapmışlar. Onların sırasında Duayt Eyzenhauer və Con Kennedi də var.

kup2

500 dollar, Con Marşal
kup3
kup4

500 dollar, Uilyam Mak Kinli

kup5

1000 dollar, Aleksandr Hamilton

kup6

kup7

1000 dollar, Qrover Klivlend

kup8

5000 dollar, Ceyms Medison

kup9

magss

kup10

kup11

kup12

Hazırda İngiltərədə 5 funt sterlinqlik banknotların üzərində XIX əsrin həbsxana islahatlarının müəllifi Elizabet Frayın portreti yer alıb. 2016-cı ildə isə 5 funt sterlinqlik banknotların üzərində Uinston Çörçillin rəsminin təsvir olunacağı deyilir.

Banknot üzərində rəsmi təsvir olunan digər bir qadın isə Kraliça II Yelizavetadır və onu rəsmi bütün dəyərlərdə olan pul vahidlərinin üzərində əks olunub.
İngiltərənin 20 funtluq banknotunun üzərində müasir iqtisadiyyatın ideoloqlarından olan Adam Smitin, 50 funtluq banknotun üzərində isə tekstil sənayesində buxar mühərriklərini yaradan Matthew Boulton və Ceyms Vatt-ın rəsmləri təsvir olunub.

İngiltərə Bankından verilən məlumatlara əsasən, 2017-ci ildə nominal dəyəri 10 funt sterlinq olan Britaniya banknotlarının üzərində yazıçı Ceyn Ostinin portretini görmək mümkün olacaq.

Ötən ay kupyuranın üzərində kimin şəklinin yerləşdirilməsi ilə bağlı irəli sürülən namizədlər arasında Ostin ön sıralarda idi. Hal-hazırda isə 10 funtluq banknotlarda Çarlz Darvin təsvir olunub.

kup123Eyni anda üzərində ən çox insan rəsmi təsvir olunmuş pul nişanı isə – yəni portret rekordu –Litvaya məxsusdur. 1938-ci ildə 10 nominallı Litva kupyurasının üz tərəfində prezident -Antanas Smetonun rəsmi əks olunub, kupyuranın əks tərəfində isə nazirləri kabinetinin bütün üzvlərinin birlikdə çəkilmiş portreti əks olunmuşdu.

kup13

Bir sıra demokratik quruluşlu sivil ölkələrdə pul nişanları və poçt markaları üzərində xalq tərəfindən seçilmiş və hakimiyyətdə olan şəxslərin rəsmlərinin yerləşdirilməsi qanunla qadağandır. Hal-hazırkı Azərbaycan pul nişanları üzərində də hakimiyyətdə olan və ya olmuş şəxslərin rəsmləri yoxdur.

Həmçinin tarixdə elə hallar məlumdur ki, öz obrazını pullar üzərində görməklə bağlı şiddətli maraq həmin insan üçün olduqca qəmli nəticələr ilə yekunlaşıb.

1793-cü ildə fransız xalqı öz krallarını XVI Lüdoviqi devirib və o, ölkədən qaçmağa cəhd edib. Oradan qaçmaq çətin deyildi. Monarxın portretləri ictimai yerlərdə asılmırdı, onu üzdən tanıyan təbəələrin sayı çox az idi. Lakin qaçmaq istəyən kralı çox gözlənilməz bir hadisə ələ verir. Sərhəd yaxınlığında faytona baxış keçirən zabit sərnişinin simasının ona çox tanış gəldiyini hiss edir, bu sima zabitin fransız pullarının üzərində gördüyü rəsmə çox bənzəyir.

Beləliklə kral ələ keçir və daha sonra gilyotində edam olunur.

Ona gör də pulların üzərində portretlərin əks olunmasının yaxşılığa doğru olub-olmaması bəlli deyil…

Son xəbərlər
Digər xəbərlər