-1 C
Baku
Sunday, December 15, 2024

Manatın yumşaq devalvasiyası iqtisadi fəallığı aşağı salır

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən hazırda həyata keçirilən manatın yumşaq devalvasiyası ölkədə iqtisadi aktivliyi kəskin şəkildə aşağı salır.

Manatın yumşaq devalvasiyası əhalini xərclərini azaldaraq vəsaitlərini ABŞ dollarına yatırmağa sövq edir.

Əhali arasında keçirilən mini sorğu hazırkı şəraitdə insanların yalnız çox zəruri hallarda xarici valyutanı manata dəyişərək ehtiyaclarını təmin etməsinə gətirib çıxardığını göstərir. Əhali maksimum dərəcədə xarici valyutanı əldə saxlayaraq məzənnə artımından mənfəət əldə etməyə çalışır.

Ekspertlər həmçinin yumşaq devalvasiyanın iqtisadiyyatın əsas istiqaməti olan inşaat sektoruna da zərbə vurduğunu düşünür: “Belə ki, yumşaq devalvasiya insanların əsasən xarici valyutada olan yığımlarını bir qədər də gözləyərək daha çox manata çevirməsini və sonradan daşınmaz əmlak əldə etməsinə gətirib çıxarır. Bu da inşaat sektorunun inkişafına mane olur. Onsuz da real gəlirlərin azaldığı, qlobal maliyyə böhranının davam etdiyi bir dövrdə insanlar daşınmaz əmlak qiymətlərinin artmayacağını anladıqlarından maksimum dərəcədə manatın devalvasiyasını gözləyirlər”.

Analitik qrup manatın bir dəfəyə devalvasiya edilməsini daha müsbət addım olacağını düşünür: “Devalvasiyadan yaranan inflyasiya fərqinin isə maaş və pensiyalara əlavə edilməsi mütləqdir. Belə olarsa, büdcə kəsiri, tədiyyə balansında kəsir qısa müddətdə aradan qalxar”.

“Lakin birdəfəlik devalvasiyanın bank sektoruna mənfi təsiri olacaq. Belə ki, bank sektorunun xarici öhdəlikləri 2016-cı il oktyabrın 1-nə 6,358 mlrd. manat və ya təxminən 4 mlrd. ABŞ dolları təşkil edib. 30-40%-lik devalvasiya bank sektorunun borc yükünü artıracaq. Amma, devalvasiyadan sonra manatın məzənnəsinin sabitliyi qorunaraq bank sektorunun aktivliyi bərpa olunacaq və maliyyə problemləri qismən də olsa, həə oluna bilər. Əks halda, Azərbaycanda iqtisadi artıma nail olunması uzun zaman apara bilər”, – deyə ekspertlər qeyd ediblər.

Report

Son xəbərlər
Digər xəbərlər