13 C
Baku
Tuesday, October 22, 2024

Manatla banklararası kredit faizləri aşağı düşüb

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi iyul ayında 0,6 faiz bəndi azalaraq avqustun 1-nə illik 10,63% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında deyilir.

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,35%-dən 4,86%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər