11 C
Baku
Monday, November 25, 2024

Manatla hesablaşmaqla malların xaricə ixracı 9 dəfə artıb

Azərbaycan xaricə ixracda milli valyuta ilə hesablaşmaqla malların keçirilməsini kəskin artırıb.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan xaricə 95.53 milyon dollarlıq, yaxud* 162.4 milyon manatlıq məhsulu milli valyuta ilə hesablaşmaqla ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrünü düz 9 dəfə üstələməsi deməkdir.

1 dollar= 1.7 manat

İxrac müqabilində milli valyuta ilə hesablaşmaqla ölkəyə cəmi 3.61 milyon manatlıq məhsul idxal edilib. Beləliklə, 59.47 mln. dollarlıq (101.1 manatlıq) müsbət saldo yaranıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayında Azərbaycan xaricə 29 521.13 mln dollarlıq məhsul ixrac edib, 10 293.31 mln. dollarlıq idxal edib. Bunlarında müvafiq olaraq 13 645.8 mln. dolları və 8 939.98 mln. dolları  sərbəst dönərli valyuta ilə hesablaşmalardır.

 

 

Son xəbərlər
Digər xəbərlər