1 May tarixində banklarda əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq, 7 mlrd. 717,2 mln. manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin ilk rübü üzrə əhalinin milli valyutada əmanətlərinin həcmi 49,2% – 2 mlrd. 245,1 mln. manata qədər azalıb.
Əhalinin xarici valyutada əmanətlərinin həcmi 97,8% – 5 mlrd. 472,2 mln. manata qədər artıb.
Bütövlükdə 2015-ci il mayın 1-nə Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 18 mlrd. 831,1 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 21,8% çoxdur.