13 C
Baku
Sunday, November 24, 2024

Manatla verilən yeni kreditlər son ayda bahalaşıb

Azərbaycanda avqustun əvvəlində milli valyutada yeni verilmiş kreditlərin illik faizləri iyulda 15.8 faizə yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yeni verilmiş kreditlərə həm fiziki, həm də hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faizləri göstərir. Bir ay öncə bu göstərici 15.03 faiz, ilin əvvəlində isə 15.14% olmuşdu. Bununla belə, burada kredit müqavilələrinin həcmi və banklar arasındakı fərqli faizdən aslı olaraq bu orta göstərici aşağı-yuxarı dəyişə bilir.

Tənzimləyici bu müddət ərzində bençmark sayılan uçot faiz dərəcəsini 7.75 faizdən 7.25 faizə endirib. Ölkədə illik inflyasiya AMB-nin hədəf çərçivəsi üçün müəyyən olunan minimal 2%-dən də aşağıda olan bir şəraitdə kreditlərin “avtonom” istiqamət seçiblər.

Xarici valyutada verilmiş kreditlərin faizləri isə son bir ayda 5.92 faizdən 5.61 faizə qədər düşüb.Picture1 1

Bankların manatda yeni cəlb etdiyi depozitlər üzrə faizlər də yüksəlib. Məsələn, son bir ayda manat depozitləri üzrə illik gəlirlilik təklifi 7.96 faizdən 8.40 faizə yüksəlib. Eyni göstərici ABŞ dollarında 3 faizdən 2.98 faizə düşüb.

Bununla belə, əhaliyə verilmiş kreditlərin orta faiz dərəcəsi son bir ayda cüzi azalma ilə 16.14 faizdən 16.13 faizə düşüb. Biznesə verilən kreditlərin faizləri isə əks istiqamətə dönüb – 10.46 faizdən 10.5 faizə qalxıb. Cəlb edilmiş depozitlərin ümumilikdə orta faiz dərəcəsi manatda 8.43 faizdən 8.56 faizə qədər artıb.

Göründüyü kimi, manat üzrə istər cəlb edilmiş depozitlər üzrə gəlirliliyi, istərsə də kreditlər üzrə xərcləri öncəki dövrlə müqayisədə artıb.

Eyni hadisə fond bazarında da müşahidə edilir. Bakı Fond Birjasında bazarında qısamüddətli dövlət istiqrazları (1 il) 7.9% , orta müddətli (2-3 il) 8.5% olmaqla olmaqla 2019-cü ildən bu tərəfə maksimum, uzunmüddətli (5-7 il) isə 9.4% olmaqla son 10 illikdə maksimum yeniləyib.

Maliyyə Nazirliyi bu məsələyə də aydınlıq gətirərkən, bunun “daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması” ilə əlaqələndirir.

 

Son xəbərlər
Digər xəbərlər