İngiltərə təmsilçisi “Mançester Siti”nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Şəhərlilər”in cari il üçün illik gəliri 715 milyon funt-sterlinq təşkil edir. Bu rəqəm ötənilkindən 2,2 milyon funt-sterlinq artıqdır.
Komandanın xalis mənfəəti isə 73,8 milyon funt-sterlinqə bərabər olub.
Qeyd edək ki, son 4 mövsüm Premyer Liqada çempionluq sevinci yaşayan “Mançester Siti”nin sözügedən gəliri İngiltərədəki bütün klubları üstələyir.