İngiltərənin “Mançester Yunayted” klubu 2023-cü ildə satılacaq.
“The Athletic” xəbər verir ki, Mançester təmsilçisinin sahibi olan Qleyzerlər ailəsi gələn ilin ilk rübünədək bu işi başa çatdırmaq istəyir.
İddiaya görə, “qırmızı şeytanlar”ın satışı üzrə eksklüziv maliyyə məsləhətçisi Raine Group kluba 6-7 milyard funt-sterlinq arası təyin edib.
Qeyd edək ki, 2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsi bu ilin noyabrında klubu satmağa hazır olduqlarını açıqlayıblar.
Report