“Mançester Yunayted” klubu Joze Mourinyoya 15 milyon funt sterlinq təzminat ödəyəcək

  •  
  •  
  •  
  •  

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyonun istefası ilə əlaqədar portuqaliyalı mütəxəssisə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb.

Banker.az AZƏRTAC-a istinadla xəbər verir ki, “qırmızı şeytan”lar portuqaliyalı mütəxəssisə 15 milyon funt sterlinq (16,6 milyon avro) təzminat ödəyəcək.
Dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifədə mövsümün sonunadək onu klubun sabiq futbolçusu Ule-Qunnar Sulşer əvəzləyib.

Joze Mourinyo 2016-cı ilin mayından “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub.


  •  
  •  
  •  
  •