10 C
Baku
Bazar, Dekabr 5, 2021

Mançester Yunaytedin sahibi baş məşqçinin qovulmasına razılıq verib

İngiltərənin “Mançester Yunayted” klubunun ortaq sahibi Coel Qleyzer baş məşqçi Ule Qunnar Sulşerin qovulmasına razılıq verib.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.

Bildirilib ki, “Mançester Yunayted”in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik etməyə hazırdırlar.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının XII turunda “Uotford”a 1:4 hesabı ilə uduzub. “Qırmızı şeytanlar” hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Report

Son xəbərlər
Oxşar xəbərlər
X