15 C
Baku
Saturday, October 19, 2024

Manchester United ilin ən bahalı futbol brendi oldu

İngiltərənin Manchester United futbol klubu dünyanın futbol klubları sırasında ən varlı brenddir. Bu nəticəyə Brand Finance konsaltinq şirkətinin araşdırmasını həyata keçirən müəlliflər gəlmişlər. Manchester United brendinin dəyəri 1,2 milyard dollar olaraq qiymətləndirilir. Brendin dəyərinə görə ikinci yeri Bavariya Münhen (933 milyon dollar), üçüncü yeri isə Real Madrid (873 milyon dollar) klubu tutmuşdur.

Bundan əlavə, Barselona klubu 6-cı (773 milyon dollar), Yuventus isə 11-ci (360 milyon dollar) pillədə qərarlaşıb.

2014-cü ildə Brand Finance ən bahalı futbol brendi olaraq Bavariyanı təyin etmişdi. Bu il lider olan Manchester United brendi isə üçüncü pillədə qərarlaşmışdı.

Son xəbərlər
Digər xəbərlər