İngiltərənin “Manchester United” futbol klubuna yeni baş məşqçisi kimi Norveçin “Mölde” futbol komandasının baş məşqçisi gətirilməsi müəyyənləşib.
Banker.az xəbər verir ki, bu vəzifə futbol klubunun sabiq futbolçusu Ole Qunnar Sulşerə ( Ole Gunnar Solskjaer) həvalə olunub. O, bu mövsümünün sonuna kimi “qırmızı şeytanlar”ı çalışdıracaq.
Sulşer 1996-2007-ci illərdə “Manchester United”in forması ilə çıxış edib.
Qeyd edək ki, ötən gün İngiltərənin “Manchester United” klubunun baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.
We can confirm that Ole Gunnar Solskjaer has been appointed as caretaker manager until the end of the 2018/19 season.
He will be joined by Mike Phelan as first-team coach, together with Michael Carrick and Kieran McKenna. #MUFC
— Manchester United (@ManUtd) December 19, 2018







