7 C
Baku
Thursday, December 12, 2024

Maneə, yoxsa yeni imkan?!

Bir zamanlar uzaq əyalətlərin birində hökmdar gediş-gəlişin fəal olduğu yolun üzərində böyük bir qaya parçası qoymağı əmr edir. Daha sonradan o kiminsə bu daşı yerindən götürməyə cəhd edib-etməyəcəyinə tamaşa etmək üçün bir az kənarda gizlənir. İlk olaraq yoldan karetalarda varlı saray əyanları və tacirlər keçir. Onların hər biri daşın kənarından dövrə vuraraq keçdilər və hətta bəziləri saraya yaxın ərazidə belə bir şeyin baş verdiyinə görə hökmdarı mühakimə etməyə başladı. Lakin onlardan heç biri yolun üzərindən daşı götürmək üçün heç bir cəhd etmədi. 

Onlardan sonra yolun üzərində çiyinlərində tərəvəz zənbili aparan bir kəndli peyda olur. Qaya parçasına çatan kəndli belindəki zənbili yerə qoyaraq daşı yerindən tərpətməyə çalışır. O qan-tər içərisində qalsa da, sonda istəyinə nail olur. O zənbili yenidən götürüb belinə aldıqda az əvvəl yerindən tərpətdiyi qaya parçasının yerində içərisi qızıl ilə dolu torba və içərisində bu qızılın daşı yerindən götürənə hökmdar tərəfindən bəxş edilən hədiyyə olduğu yazılan məktub var idi. Bu zaman kəndli bizim müasir həyatımızda belə bəzən anlaya bilmədiyimiz bir faktı dərk edir: “Yolumuzun üzərindəki maneə hazırki vəziyyətimizi yaxşılaşdırmaq üçün bir imkandır”.

Son xəbərlər
Digər xəbərlər