22 C
Baku
Monday, May 27, 2024

Manhettendə dünyanın ən bahalı penthouse-u açıldı

Manhettendə Madison-avenue-də dünyanın ən bahalı pentahouse-u açıldı. Property Report nəşrinin verdiyi məlumata görə, 5 yataq otağına sahib The Mark otelində gecələmək turistlərə 75 min dollara başa gələcək.

İki mərtəbəli bu otel 1115 kvadrat metr əraziyə sahibdir ki, bu da onu ABŞ-da ən böyük lüks əraziyə sahib otel edir. Xüsusi olaraq penthouse üçün nəzərdə tutulmuş mebellərin hər bir detalı fransız dizayner Jacques Grange tərəfindən yaradılmışdır.

Otelin mətbəxi ən son texnika nümunələri ilə təchiz edilmişdir. Qonaq otağı isə 24 nəfəri qarşılaya bilər.

Oteldə belə güman edirlər ki, penthouse Asiya və Yaxın Şərqdən olan varlı şəxslərin diqqətini çəkəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər