21 C
Baku
Saturday, November 2, 2024

Manqalların əfsanəsi – Kabablıq gəldi!

Manqal sevgisi üçün manqalın ən məşhur ləzzəti – «Kabablıq» gəldi!

«SAB» (Zəhmət-Ruzi MMC) manqalların əvəzolunmazına çevriləcək, çox ləzzətli yeni bir sosiska məhsulu ilə alıcılarını sevindirdi. Belə ki, yay-qış manqaldan imtina edə bilməyənlərin sevimli məhsuluna çevriləcək «SAB»ın yeni dad formulu – «Kabablıq» – artıq bütün rəflərdə!

Bəs, manqalın vazkeçilməzi dediyimiz – «Kabablıq» nədir?

«Kabablıq» – manqal dadına malik olan və xüsusi reseptlərlə istehsal edilən «SAB»ın yeni sosiska məhsuludur. Alıcılar, əla növ təzə və halal mal əti ilə müxtəlif ədviyyatların qarışımından əldə edilən, xüsusi manqal dadı ilə (hisə verilmiş) hazırlanmış yeni məhsulu istər qaynar suda, istərsə də tavada bişirərək zövqlə istehlak edə biləcəklər.

Bütün növ fərqli və ləzzətli reseptlərə uyğun gələn, günün istənilən vaxtı yeyilə bilən, qısa zamanda hazırlanan (qaynar suda 3 dəqiqəyə bişir), ən əsası ləzzətli yemək növü olan «Kabablıq» keyfiyyət və halallıqla istehsal edilərək, bütün marketlərin piştaxtalarında sizə təqdim olunur. Şübhəsiz ki, halal və təzə mal ətindən istifadə edilərək hazırlanan «Kabablıq» sosiskaları alıcıların sevimlisinə çevriləcək və manqal istirahətlərinizdən ayrılmaq istəməyəcəksiniz.

«SAB» tərəfindən keyfiyyət standartlarına uyğun, xüsusi hazırlanmış «Kabablıq», yüksək protein tərkibli dadlı sosiska növüdür. Həm yüksək protein tərkibinə, həm də ekoloji-təmiz mal ətindən istifadə edildiyinə görə sağlamlıq üçün çox faydalı məhsuldur. Adıçəkilən yeni məhsul, balanslı şəkildə istehlak etdiyiniz və gündəlik fiziki fəaliyyətinizi yerinə yetirdiyiniz halda çəkinizi idarə etməyə imkan verən əvəzolunmaz seçimdir.

Son xəbərlər
Digər xəbərlər