Mao Zedong bir çoxlarının yaxşı tanıdığı məşhur şəxsiyyətdir. Çin Xalq Respublikasına rəhbərlik etmiş Mao Zedong 1953-cü ildə Stalinin ölümündən sonra marksist liderlər sırasında ən görkəmlisinə çevrilir. Bir çoxlarımız onun haqqında kifayət qədər məlumata sahib olsa da, çox az insana onun başlatdığı kampaniya nəticəsində təqribən 30 milyon nəfər aclıqdan həlak olmuşdur.
Belə ki, artıq 9 ildir hakimiyyət başında olan Mao Zedong “qərblə ayaqlaşmaq” üçün kənd təsərrüfatı və sənaye sahəsində islahat aparmaq qərarına gəlir. 1958-ci ildə Çin rəhbəri siçovul, milçək və ağcaqanadlarla birgə “qara siyahıya” düşmüş sərçələri məhv etməyə yönəlmiş “müharibə”-nin başlanmasını əmr etdi.
Qara siyahıya düşmüş digər nümayəndələrin zərərverici olması başa düşüləndir. Bəs nəyə görə məhz sərçələr? Məsələ ondadır ki, ölkədə aparılan araşdırma sonrası belə məlum olur ki, il ərzində 10 sərçə 45 kq buğda yeyir. Həmçinin alimlər belə qənaətə gəlir ki, məhv edilən hər 1 milyon sərçə ilə 60 000 insanın qidalanmasına bəs edəcək buğdaya qənaət etmək olar. Bu məlumatları əldə edən Mao Zedong “Böyük Sərçə müharibəsi” adını almış müharibəyə başlayır.
O hər bir əhalini öz “işıqlı gələcəkləri” naminə sərçələrlə mübarizə aparmağa səsləyir. Bu gedişlə 1958-ci ildə 13 dekabr ərzində 194432 “düşmən” məhv edilir. Ümumilikdə “müharibə” gedişində isə milyarda yaxın quş həlak edilir və bu sərçə növü demək olar ki, Çin Xalq Respublikasında tükənir. Lakin Çin rəhbəri bir fakt barədə unutmuşdu. Sərçələr həşəratların, həmçinin əkinə böyük zərər yetirən çəyirtkələrin əsas düşməni idi.
Sərçələrin tamamilə məhv edilməsi çəyirtklərə sərbəstlik qazandırdı. Mao Zedong daha sonradan anlayır ki, onun qərarı ekosistemdə balansın pozulmasına səbəb olub. Təqribən 30 milyon insan aclıqdan həlak oldu. O Sovet İttifaqından sərçə idxal edilməsini əmr etmişdi. Lakin bu da kömək etmədi, çünki sərçələrin mühitə uyğunlaşması və çoxalması üçün zaman tələb olunurdu. Nəticədə alimlərin Böyük Çin aclığı (1958-1961-ci illər) adlandırdığı və 30 milyon insanın aclıqdan həlak olduğu dövr başladı.