16 C
Baku
Friday, April 26, 2024

“Maps.me” xəritəçəkmə xidməti multivalyutalı cüzdanın işə salınmasına $50 mln. cəlb edib

“Maps.me” xəritəçəkmə xidməti 50 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Əsas investorlar arasında “Alameda Research”, “Genesis Capital” və “CMS Hondings”in adları çəkilir.

Bildirildiyi kimi, investisiya xidmət daxilində multivalyutalı cüzdanın işə salınmasına xərclənəcək və platformada mərkəzləşdirilmiş maliyyə ekosistemini (DeFi) yaratmağa imkan verəcək.

DeFi alətlərinin və cüzdanın köməyi ilə 140 milyon “Maps.me” istifadəçisi üçün bir sıra ödəniş və investisiya imkanları əlçatan olacaq. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında xidmətin aktiv auditoriyasının sayı ayda təxminən 10 milyon nəfər olub.

Beləliklə, “Maps.me” istifadəçiləri biletləri və otelləri bron etmək, o cümlədən bir çox digər xidmətlərdən demək olar ki, sıfır komissiya ilə inteqrasiya edilmiş cüzdan vasitəsilə yararlana biləcəklər. Onlar həmçinin bir neçə valyutada pul göndərə və xərcləyə, “cashback” ala və heç bir faiz ödəmədən pul mübadiləsini edə bilərlər.

Qeyd edək ki, “Maps.me” 2014-cü ildən 2020-ci ilin noyabr ayına kimi “Mail.ru Group”un tərkibində olub. Daha sonra bu xidməti 20 milyon dollara xəritəçəkmə şirkəti olan “Daegu Limited” alıb.

Mütəxəssislərin fikrincə, “Daegu Limited” ucuz və relevant auditoriya mənbəyidir. Məsələn, Ümumilikdə, fintex sahəsində istifadəçilərin cəlb edilməsi çox baha başa gəlir: “Party.com”da – 100 dollardan 200 dollaradək, “Maps.me”də isə – cəmi 15 sent.

2019-cu ildə “Maps.me”nin illik gəliri 159 milyon rubl, EBITDA üzrə xərci isə 25 milyon rubl təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər