14 C
Baku
Saturday, November 23, 2024

Maqdalena Andersson: “İcazə verə bilmərik ki, Rusiya müharibədə qalib gəlsin”

“Biz icazə verə bilmərik ki, Rusiya qalib gəlsin, ona görə də Ukraynaya dəstəyimizi davam etdirməliyik”.

Bunu İsveçin Baş naziri Maqdalena Andersson Ukrayna XİN başçısı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ehtiyac olduğu müddətdə Ukraynanın yanında olacağıq, Ukraynaya hərbi, maliyyə və humanitar yardım göndəririk və göndərəcəyik. Ən azı mən Baş nazir olduğum müddətcə bu belə olacaq”, Baş nazir vurğulayıb.

İsveç Baş naziri Ukraynaya yeni maliyyə və hərbi dəstək paketini də açıqlayıb. O bildirib ki, İsveç Ukraynaya təxminə 95 milyon dollar yardım paketi ayırıb. Bunun 46.75 milyon dolları hərbi dəstək üçün nəzərdə tutulub.

İsveçin Baş naziri hərbi paketin təfərrüatlarını açıqlamayıb, lakin bunun tank əleyhinə silahlar, fərdi qoruyucu vasitələr və minalardan təmizləmə avadanlığının daxil olduğu əvvəlki yardıma bənzəyəcəyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər