25 C
Baku
Monday, April 29, 2024

Maqdalena Andersson: “İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə əməl edəcək”

İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə və terrorçuların ekstradisiyasına dair razılaşmaya əməl edəcək.

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson “Almedalen” Siyasi Forumunda çıxışı zamanı deyib.

İsveç hökumətinin başçısı razılaşmanın təfərrüatlarını şərh etməkdən imtina edərək qeyd edib ki, terror fəaliyyətində iştirak etməyən şəxslər narahat olmamalıdır:

“İsveç vətəndaşları milli və beynəlxalq qanunlara uyğun olaraq ekstradisiya edilməyəcək. Əgər terror fəaliyyətində iştirak etməmisinizsə, narahat olmağa dəyməz”.

Baş nazir İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi çərçivəsində Skandinaviya ölkələrinin Türkiyə ilə üçtərəfli memorandum imzalayaraq hansı güzəştlərə getdiyi ilə bağlı sualları şərh etməyib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər