9 C
Baku
Monday, November 18, 2024

Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub.

İstintaq materiallarında qeyd olunub ki, zərərçəkmişlər – Aslan Qəhrəmanov, Rövşən Əlibəyli və Məzahir Ağayevin mülki iddialarını, eləcə də ola biləcək xüsusi müsadirəni təmin etmək üçün Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə məxsus paytaxtın Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsi və Yasamal rayonu, Süleyman Rəhimov küçəsi 82 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb.

İstintaq tərəfi həmin əmlakların xüsusi müsadirə edilməsini təklif edir.

Eyni zamanda, cinayət işinin materiallarında maddi sübut hesab olunan 1 ədəd 750 əyarlı 20,22 qram çəkidə üzük isə dövlət bankında saxlanılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Son xəbərlər
Digər xəbərlər