10 C
Baku
Friday, December 13, 2024

Marin Le Penin prezident seçkilərini uduzması avronu bahalaşdıracaq

Fransada ultrasağçı partiyanın lideri Marin Le Pen qarşıdakı prezident seçkilərində qalib gələ bilməsə, Avropanın maliyyə aktivlərinə maraq artacaq. “Vestifinance.ru” saytı xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “JPMorgan” bankının proqnozunda qeyd olunub. 

Proqnoza görə, Le Penin məğlubiyyəti idarəetmədə olan aktivlərin 10%-nin və ya 100 mlrd. ABŞ dollarına yaxın vəsaitin Avropa fond birjalarına qayıtması ilə nəticələnə bilər. Bankın proqnoz hesabatına əsasən, investisiyaların geri dönməsi avronun məzənnəsini möhkəmlədəcək. “JPMorgan”un proqnozlarına əsasən, Le Pen qalib gələcəyi təqdirdə, avro dollarla müqayisədə 0,98 USD/EUR-a düşəcək, onun rəqibləri – Makron və ya Fiyon qalib gələrsə 1,15 USD/EUR-a yüksələcək.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Sorğulara əsasən, ilk turda Le Penin qalib gəlmə şansları olsa da, ikinci turda onun məğlub olacağı ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər