27 C
Baku
Monday, July 21, 2025

Marina Bay Sands – dünyanın səkkizinci möcüzəsi Sinqapurdadır

Sinqapurdakı “Marina Bay Sands” kurort-mehmanxana kompleksi. “Sky Park” adını almış üç ədəd 55 mərtəbəli binadan ibarət olan dünyanın səkkizinci möcüzəsinin sahəsi 12400 kv.metrə bərabərdir. 

200 metr hündürlükdə “Marina Bay Sands”-in üst göyərtəsində uzunluğu 150 metr olan şəlaləli hovuz yerləşir ki, bu da açıq səma altında yerləşən dünyanın ən böyük hovuzudur. Kompleksdə eləcə də bar, restoran və hətta müasir incəsənət muzeyi də mövcuddur. Mehmanxanaya uzaqdan baxdıqda elə təəssürat oyanır ki, sanki nəhəng gəmi 200 metrlik dalğaların üzərində yüksəlir.

Möhtəşəm mehmanxana kompleksinin daxilində 2560 nömrədən ibarət beş-ulduzlu otel, restoranlar, sərgi pavilyonları, böyük butik qalereyaları, teatr zalı,  SPA-mərkəz, eləcə də 500 oyun stolu və 1600 oyun avtomatından ibarət dünyanın ən bahalı kazinosu yerləşir. Bundan əlavə burada qondolaların üzdüyü Venesiyaya bənzər su ilə doldurulmuş kanal mövcuddur, kanalın üzərində hər iki tərəfdən piyadalar üçün körpü qoyulub. “Marina Bay Sands” kompleksinin yanında dalğalı tavanların altında ofis və treyder binaları tikilib.

Marina Bay Sands investorlara 8 mlrd dollara başa gəlmişdir. 2010-cu ildə dünyanın yeni möcüzəsinin açılışı şərəfinə onun göydələnlərində hündür mərtəbəli binalara dırmaşmaq üzrə birinci dünya çempionatı keçirmək qərara alındı.

marin1marin2marin3marin4marin5marin6marin7marin8marin9marin10marin11marin12

Son xəbərlər
Digər xəbərlər